Xameneinin bacısı qızı 15 il azadlıqdan məhrum edilib

   Xameneinin bacısı qızı 15 il azadlıqdan məhrum edilib
  09 Dekabr 2022    Oxunub:698
İranın ali rəhbəri Seyid Əli Xameneinin bacısı qızı Fəridə Muradxani xüsusi ruhani məhkəməsində mühakimə olunaraq 15 il müddətinə həbs cəzasına məhkum edilib.
"RadioFarda”nın yaydığı xəbərə görə, bunu Muradxaninin vəkili Məhəmməd Hüseyn Ağassi dekabrın 9-da bildirib.

Onun sözlərinə görə, məhkəmə müvəkkilini ruhani olmamaqda ittiham edib.

Xatırladaq ki, İran İslam Respublikasının rəhbəri Əli Xameneinin bacısı qızı, hüquq müdafiəçisi Fəridə Muradxani noyabrın 23-də çərşənbə günü həbs edilib.

AzVision.az



Teqlər: İran  





Xəbər lenti