Novruz, Ramazan və Qurban bayramlarının tarixi müəyyənləşib

Novruz, Ramazan və Qurban bayramlarının tarixi müəyyənləşib
  09 Dekabr 2022    Oxunub:733
2023-cü ilin Novruz, Ramazan və Qurban bayramlarının tarixi müəyyənləşib.
AzVision.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, 2023-cü il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, aprelin 21, 22-si Ramazan bayramı, iyunun 28, 29-u Qurban bayramı günləri müəyyən edilib. Bu günlər iş günü hesab edilmir.

AzVision.az



Teqlər:





Xəbər lenti