Ərdoğan Rusiya və Ukrayna liderləri ilə danışacaq

   Ərdoğan Rusiya və Ukrayna liderləri ilə danışacaq
  09 Dekabr 2022    Oxunub:829
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Vladimir Zelenski və Rusiya lideri Vladimir Putin ilə telefon danışığı aparacaq.
Bu barədə, Türkiyə lideri “TRT World” forumunda çıxışı zamanı deyib. “Məqsədimiz “Taxıl sazişi”ni davam etdirmək, xüsusilə kasıb ölkələrə taxıl ixrac etməkdir. Bütün dünya görür ki, Türkiyə sülh üçün çalışır. Səylərimizi gələcəkdə də davam edəcəyik”, - Türkiyə lideri vurğulayıb.

Onun sözlərinə görə, Avropa İttifaqına üzvlük məsələsində rəsmi Ankaraya qarşı ikiüzlü siyasət həyata keçirilib: “Halbuki biz İkinci Dünya müharibəsindən sonra Avropa ilə əməkdaşlığı seçmişik. Avropanın təhlükəsizliyi və rifahına verdiyimiz dəstəyi kimsə inkar edə bilməz. Bizim fədakarlığımıza rəğmən, terrorla mübarizədə Avropanın bizi tək qoyduğunu əsla unutmayacağıq”.

AzVision.az


Teqlər:





Xəbər lenti