Bişkekdə Avrasiya İqtisadi İttifaqının sammiti başlayıb

Bişkekdə Avrasiya İqtisadi İttifaqının sammiti başlayıb
  09 Dekabr 2022    Oxunub:697
Xəbər verdiyimiz kimi bu gün Qırğızıstanın paytaxtı Bişkekdə Avrasiya İqtisadi İttifaqının sammiti keçiriləcək.
"Sputnik"in yaydığı məlumata görə, ittifaqa üzv ölkələrin liderləri artıq Bişkekdədir və sammit öz işinə başlayıb. Dövlət başçıları səviyyəsində məhdud tərkibdə keçirilən görüşü Qırğızıstan prezidenti Sadır Japarov açıb.

O qeyd edib ki, görüş pandemiyadan sonrakı böhran kontekstində keçirilir. Japarov əlavə edib ki, bu çətin şəraitdə ölkələr arasında qarşılıqlı faydalı tərəfdaşlıq üçün dövlət başçıları üçün mümkün olan hər şeyi etmək son dərəcə vacibdir.

O da vurğulanıb ki, "İndi görüş məhdud çərçivədə keçirilir, iclasda təşkilata daxil olan ölkələrin liderləri iştirak edir. Görüşlər daha sonra genişləndirilmiş formatda davam edəcək".

AzVision.az



Teqlər: Bişkek  





Xəbər lenti