Paşinyan Bişkekə gedib

 Paşinyan Bişkekə gedib
  09 Dekabr 2022    Oxunub:966
Ermənistanın baş naziri Nikol Paşinyan Qərğızıstana işgüzar səfərə gedib. AzVision.az xəbər verir ki, bu barədə Sputnik Qırğızıstan məlumat yayıb.
Qeyd edilir ki, Bişkek hava limanında Paşinyanı qırğızıstanlı həmkarı Akılbek Japarov qarşılayıb.

Ermənistanın baş naziri Avrasiya İqtisadi Şurasının Avrasiya İttifaqına üzv dövlətlərin başçıları səviyyəsində keçiriləcək iclasında iştirak edəcək.
Onun Rusiya prezidenti Vladimir Putinlə də ikitərəfli görüş nəzərdə tutulub.

Qeyd edək ki, Avrasiya İqtisadi Şurasının sonuncu iclası mayın 27-də videokonfrans vasitəsilə keçirilib. İclasda Avrasiya İqtisadi Şurasına üzvü olan bütün ölkələrin - Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus və Ermənistanın rəhbərləri və iki müşahidəçi ölkə - Özbəkistan və Kubanın rəhbərləri iştirak edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Bişkek  





Xəbər lenti