Fransa regionda sülhə mane olur

   Fransa regionda sülhə mane olur
  08 Dekabr 2022    Oxunub:704
Baş separatçı rolunu de-fakto dələduz Robert Vardanyana təhvil verən Araik Harutyunyanın Fransada peyda olması və ümumiyyətlə, sözü gedən ölkənin Qafqazda fəallaşmaq cəhdləri bizim uzaq tarix cəhənnəm, yaxın tarixdə yaşananlardan da düzgün nəticə çıxarmayan qonşularımızı xeyli ruhlandırıb. Onlar hətta belə düşünürlər ki, guya bu gedişlə Fransa Rusiyanı vurub Ermənistandan çıxaracaq və “kiçik bacını” öz qanadı altına alacaq.

AzVision.az xəbər verir ki, Qarabağdakı separatçıların “lideri” Araik Harutunyanın Ermənistana və erməni separatçılarına dəstək verməyə cəhd göstərən Fransaya səfəri barədə millət vəkili Sahib Alıyevin paylaşdığı statusda belə deyilir.

Deputat belə xam xəyallarla yaşayanların kökündən yanıldıqlarını və bunun səbəblərini açılqayıb.

“Birincisi, onlar diqqət yetirib görsünlər, Harutyunyan Fransada kiminlə görüşür. Hələ gənckən DTK-nın əməkdaşlığa cəlb etdiyi bildirilən Valeri Pekreslə. O xanımla ki, düz bir il bundan öncə Moskva onun Xankəndində peyda olmasına şərait yaratmaqla Fransada keçirilməsi gözlənilən prezident seçkisində qələbə çalmasına çalışırdı”, - millət vəklili bildirib.
Harutyunyanın Parisdə görüşdüyü və görüşəcəyi adamlar arasında məhz Valeri Pekresin üzərində dayandığını Sahib Alıyev, bütövlükdə Fransanın Cənubi Qafqaza yanaşmada yeritdiyi siyasət, hətta Avropa Birliyinin adından Ermənistana göndərilən missiyanın belə dolayısıyla Rusiyanın maraqlarına cavab verməsi ilə izah edib. Millət vəkili hətta bizdə də bəzi ekspertlərin Fransanın həmin missiyanın orada qalma vaxtının bir ilədək uzatmağa çalışmasını Rusiyanın regiondan vurulub çıxarılmasına hazırlıq kimi qiymətləndirmələri ilə razılaşmadığını deyib.

- Mən belə düşünmürəm. İzah edim niyə. Baxın, Makronun Avropa Birliyi adından Ermənistana missiya göndərməkdə və qalma vaxtını uzatmağa çalışmaqda məqsədi nədir? Azərbaycan-Ermənistan sərhəddində rəsmi İrəvanın arzuladığı vəziyyəti təmin etmək. Burada hələlik Rusiyanı narahat edəcək nəsə varmı? Yoxdur. Əksinə sərhəddə gərginlik yarananda Rusiyanın müttəfiq, KTMT-nin isə sipər kimi gərərksizliyi meydana çıxırdı. Forpostdakılar Moskvaya donquldanırdılar. Avropa Birliyinin missiyasının orada olması hələlik belə donqultuların qarşısını almaq baxımından Rusiyaya sərf edirmi, edir”, - Milli Məclisin üzvü vurğulayıb.

Məhz bu reallıqdan çıxış edən deputat onu təəccübləndirən məqamın Rusiyanın Makronun Paşinyanla cükküldəşməsindən, Ermənistana missiya göndərməsindən çox narahat olmamasının yox, Avropa Birliyinin digər üzvlərinin, özəlliklə də Almaniya kimi nəhəngin Fransanın o qurumun maraqlarına necə zərbə vuruğunu görməzdən gəlmələrini olduğunu bildirib. Çünki İranla eyni oyunu aparan Fransa əslində belə siyasətlə bölgədə sülhün yaranmasını əngəlləyir və bir sıra çağırışları ilə Rusiyaya böyük xidmət göstərir.

“Rəsmi Paris birincisi, İranla eyni oyunu oynayaraq Qafqazda sülhün yaranmasının qarşısını alır, ikincisi isə Avropa Birliyi ilə Azərbaycanı üz-üzə qoymağa çalışır ki, Kremlə bundan böyük xidmət ola bilməz. Çünki belədə Avropanın enerji təhlükəsizliyinin təminində problemlər yaranır və onun bütün üzvlərinin eyni mövqedən çıxış etmələri böyük müşkülə çevrilir. Öncə də bu məsələyə toxunmuşdum və bir daha vurğulayıram ki, Azərbaycan qərbin parçalanmasını istəyən gücün təsirlərinə daha çox yatımlı ölkələrin-Serbiya, Bolqarıstan, Yunanıstan və sair kimlərin enerji təhlükəsizliklərində mühüm rol oynamağa çalışmaqla əslində həm də avropalıların Ukraynada baş verənlərə yanaşmada vahid mövqe sərgiləmələrini təmin edir. Makron Fransası isə guya Ermənistana dəstək adı altında Avropanı Azərbaycandan qaz və neft almamağa çağırır. Rusiyaya bundan böyük xidmət ola bilərmi?”, - Sahib Alıyevin paylaşdığı statusda vurğulanır.

Bu incə mətləblərə toxunan Millət vəkili qeyd edir ki, əgər haylar Fransanın Rusiyanı Ermənistandan vurub çıxaracağına və oranı öz forpostuna çevirəcəyinə inanrılarsa, onlar çox yanılırlar. Bu yanlışlığın nəticəsi isə çox acınacaqlı olacaq.

- Çünki Fransanın Ermənistanla “bacı-bacı oyunu” Rusiya üçün təhlükəli həddə çatdığı anda Moskvadakılar işlətməyi sevdikləri bir komanda var, onu səsləndirəcəklər. Ola da bilər ki, həmən söz bəlli səbəblərdən Makronun xoşuna gəlsin, ölkəsinin də gələcəkmi? Deyə bilmərəm, amma Fransa da, başında duranlar da o komandaya tam haqq edirlər”, - deputat bu oyunun iştirakçılarına mesaj ünvanlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti