Almaniya gələcəkdə Rusiyanın enerji resurslarından tamamilə imtina edəcək

Almaniya gələcəkdə Rusiyanın enerji resurslarından tamamilə imtina edəcək
  08 Dekabr 2022    Oxunub:520
“Zaman keçdikcə Almaniya Rusiya enerji mənbələrindən tamamilə imtina edə biləcək”.
AzVision.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib. Onun sözlərinə görə, rəsmi Berlin hazırda uzunmüddətli perspektivdə Rusiya enerji mənbələrindən müstəqil olmaq üçün lazımi qərarlar qəbul edib.

Siyasətçinin fikrincə, Almaniya bu qışdan uğurla çıxa biləcək və güclü sənaye dövləti olaraq qalacaq: “Berlin yeni idxal kanallarına ümid edir. Ukraynada vəziyyət başlayana qədər olan qiymətlərin qaytarılmasına nail olmaq mümkün deyil. 2045-ci ildən başlayaraq biz tamamilə neytral olmaq istəyirik”.


AzVision.az



Teqlər:





Xəbər lenti