İran hökuməti aksiyaçıları edam etməyə başladı

   İran hökuməti aksiyaçıları edam etməyə başladı
  08 Dekabr 2022    Oxunub:581
İranda hökumətə qarşı etirazlarda iştirak edən şəxslərdən biri edam edilib.
AzVision.az Tasnim agentliyinə istinadla xəbər verir ki, Möhsün Şekari adlı şəxs Tehranda etirazlar zamanı guya təhlükəsizlik qüvvələrinin əməkdaşını bıçaqla yaralayıb.

O, qısa müddət ərzində keçirilən məhkəmə prosesində “günahkar” hesab edilərək barəsində edam hökmu çıxarılıb. Qərar dərhal həyata keçirilib. “Amnesty International”ın məlumatına görə, nümayişlərdə iştirak etdiyinə görə həbs edilən ən azı 28 nəfər edam edilə bilər.

İnsan hüquqları təşkilatlarının məlumatına görə, 2022-ci ildə İranda 500-dən çox insan edam edilib. Bu, bir il əvvəl edam edilənlərin sayı ilə müqayisədə 200 nəfər çoxdur.

İranda etirazlar hicaba görə saxlanılan 22 yaşlı Məhsa Əminin ölümündən sonra başlayıb. İran hüquq mühafizə orqanları etirazlarda iştirak edən 462 nəfəri qətlə yetirib. Bildirilib ki, ölənlərin 64-nün yaşı 18-dən az olan şəxslərdir.


AzVision.az



Teqlər:





Xəbər lenti