ABŞ Türkiyənin əməliyyat keçirmək istədiyi ərazilərdəki terrorçuları silahlandırır

   ABŞ Türkiyənin əməliyyat keçirmək istədiyi ərazilərdəki terrorçuları silahlandırır
  08 Dekabr 2022    Oxunub:1149
Amerika Birləşmiş Ştatları Suriyanın şimalında PKK terrorçularına dəstəyini davam etdirir.
AzVision.az xəbər verir ki, bu barədə “Yeni Şafak” təhlükəsizlik strukturlarındakı mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, Amerika tərəfi Türkiyə Silahlı Qüvvələrinin quru əməliyyatı keçirmək niyyətində olduğu ərazilərdə terrorçuları silahlandırır.

“Hələlik Suriyanın şimalında PKK terror təşkilatının düşərgələrinə qarşı əməliyyata hazırlıq gedir. Terrorçuları yetişdirən ABŞ PKK/YPG ilə “patrul əməliyyatları”nı bərpa etdiyini açıqlayaraq daha bir addım atıb. Amerika tərəfinin terror təşkilatına “Biz sizinləyik!” mesajı göndərib” - məlumatda vurğulanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti