Rusiyalı Viktor But amerikalı basketbolçu Brittni Qranerlə dəyişdirildi

   Rusiyalı Viktor But amerikalı basketbolçu Brittni Qranerlə dəyişdirildi
  08 Dekabr 2022    Oxunub:460
Rusiyada narkotik qaçaqmalçılığına görə mühakimə olunan amerikalı basketbolçu Brittni Qayner ABŞ-da qeyri-qanuni silah alveri və terroru dəstəkləmək cəhdinə görə məhkum edilmiş rusiyalı biznesmen Viktor Butla dəyişdirilib.
Bu barədə mənbələrə istinadən CNN məlumat yayıb. Nəşrin məlumatına görə, Qrayner hazırda ABŞ rəsmilərinin nəzarətindədir. Qeyd olunur ki, casusluqda təqsirli bilinən amerikalı Pol Uilan mübadilədə iştirak etməyib. O, Rusiya koloniyasında qalır. CNN yazır ki, mübadilə barədə Qrayner və Uilanın ailələri məlumatlandırılıb.

ABŞ prezidenti Co Bayden, ABŞ dövlət katibi Entoni Blinken və Qraynerin həyat yoldaşı azad edilmiş amerikalı ilə telefonla danışıb.

2022-ci ilin iyulunda Vaşinqton Butu Rusiyada saxlanılan amerikalılar Uilan və Qraynerlə dəyişməyi təklif edib. Sahibkar 2008-ci ildən həbsdədir. Bir neçə aydır ki, Rusiya və Amerika bu məsələ ilə bağlı danışıqlar aparır.

Şahanə Rəhimli
AzVision.az

Teqlər:







Xəbər lenti