“Narkomaniyaya yox, sağlam həyata hə” - VİDEO

“Narkomaniyaya yox, sağlam həyata hə” -    VİDEO
  08 Dekabr 2022    Oxunub:603
“Uşaq və Gənclərin İnkişafına dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Narkomaniyaya yox, Sağlam həyata hə” adlı layihə çərçivəsində eyniadlı təbliğat video çarxının hazırlanmasını yekunlaşdırıb.
Layihə, Narkomaniyanın fəsadlarını göstərməklə yanaşı, sağlam həyat tərzinin təbliğatını nəzərdə tutur.

Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyada, eyni zamanda ölkəmizdə son dərəcə mürəkkəb, ictimai baxımdan təhlükəli hadisədir. Narkomaniyanın vurduğu saysız-hesabsız ziyanın həcmi çox böyükdür və praktiki olaraq, heç bir ölçüyə sığmır. Bu, narkotik istifadəçisinin şəxsiyyətinin deqradasiyası, müxtəlif cinayətlər törədilməsinə təkan, cəmiyyətin maddi texniki və intellektual potensialının aşağı düşməsi, genefondun pisləşməsi və bir çox digər hallardır.

Narkotik maddə təkcə onu qəbul edən insanı məhv etmir, həmçinin narkomanın ailə üzvlərinin sağlamlığına mənfi təsir göstərir. Çünki narkotiklər orqanizmə toksiki təsir göstərən və faciəvi nəticələrə gətirən üzvi (təbii) və qeyri-üzvi (sintetik) maddədir.

Narkotik maddələrdən və narkomaniyadan uzaq olmağın yollarından biri sağlam həyat tərzinə üstünlük verməkdir. Sağlam həyat tərzinin ən vacib elementlərindən biri isə idmandır. İdmana və sağlam həyat tərzinə meyillənmək gənclərimizi narkomaniya bəlasından qoruya biləcək əsas xüsuslardandır.

“Narkomaniyaya yox, Sağlam həyata hə” adlı videoçarx gəncləri sağlam həyata həvəsləndirməklə yanaşı, pis vərdişlərdən, xüsusilə narkomaniyadan uzaqlaşdırır.



AzVision.az


Teqlər:





Xəbər lenti