"Ermənistan sülh müqaviləsi layihəsinin redaktə edilmiş mətnini tezliklə Azərbaycana təqdim edəcək"

   "Ermənistan sülh müqaviləsi layihəsinin redaktə edilmiş mətnini tezliklə Azərbaycana təqdim edəcək"
  08 Dekabr 2022    Oxunub:592
"Ermənistan sülh müqaviləsinin mətni üzərində işi davam etdirir və tezliklə redaktə olunmuş variantı Bakıya təqdim olunacaq".
AzVision.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabrın 8-də keçirdiyi brifinqdə deyib.

"Biz ilin sonuna qədər sülh müqaviləsi əldə etmək üçün bütün səyləri göstərəcəyik. Lakin bunun mümkün olub-olmayacağını söyləmək çətindir", - Qriqoryan bildirib.

O, qeyd edib ki, hazırda İrəvan sazişin mətni üzərində işləyir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti