Merkelden peşmanlıq etirafı: "Almaniyanı yaxşı silahlarla təchiz etmədik"

    Merkelden peşmanlıq etirafı:    "Almaniyanı  yaxşı silahlarla təchiz etmədik"
  08 Dekabr 2022    Oxunub:600
Almaniyanın sabiq kansleri Angela Merkel 2014-cü ildən sonra Almaniya Silahlı Qüvvələrinin daha yaxşı silahla təchiz olunması üçün kifayət qədər səy göstərmədiyini etiraf edib.
Merkel “Die Zeit” qəzetinə verdiyi müsahibədə Rusiya-Ukrayna müharibəsi və Almaniyanın müdafiə xərclərinin artırılması ilə bağlı qiymətləndirmələr edib. O, Rusiyanın 2014-cü ildəki qanunsuz ilhaqını xatırladaraq: “Biz rus təcavüzünə daha tez reaksiya verməliydik”,- deyib.

Kansler bildirib ki, NATO-nun “Ümumdaxili məhsulun 2%-nin müdafiə xərclərinə ayrılması” hədəfi nəzərə alınsa da, Almaniya bu hədəfə çata bilməyib.

Merkel Rusiya- Ukrayna müharibəsi necə bitəcək sualına: “Müharibələr müzakirə masasında bitər” cavabını verib.

Sima Cəfərov
AzVision.az


Teqlər:





Xəbər lenti