Avropa İttifaqının hərbi xərcləri ötən il 214 milyard avroya çatıb

   Avropa İttifaqının hərbi xərcləri ötən il 214 milyard avroya çatıb
  08 Dekabr 2022    Oxunub:552
2021-ci ildə Avropa İttifaqına daxil olan ölkələrin ümumi hərbi xərcləri 6% artaraq 214 milyard avro təşkil edib.
AzVision.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel deyib. O bildirib ki, 2025-ci ilə qədər Aİ ölkələri müdafiə sektoruna investisiyaları 70 milyard avro artırmaq niyyətindədir.

Bundan əvvəl Estoniyanın xarici işlər naziri Urmas Reinsalu bildirmişdi ki, Ukrayna münaqişəsi səbəbindən Avropa ölkələri müdafiə xərclərini iki dəfə artırmalıdır.

AzVision.az



Teqlər:





Xəbər lenti