Gürcüstanda İŞİD-in nüfuzlu üzvü saxlanılıb

   Gürcüstanda İŞİD-in nüfuzlu üzvü saxlanılıb
  08 Dekabr 2022    Oxunub:600
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzinin əməkdaşları Tsiskara Toxosaşvilini (Əmir İsa) saxlayıblar. Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin saytında yayılan məlumatda deyilir ki, o, "İslam dövləti"ndə nüfuzlu şəxs hesab olunur.
Gürcüstan vətəndaşı olan Toxoşaşvili Tbilisi hava limanında saxlanılıb. Tsiskara Toxosaşvili 2015-ci ildə Gürcüstanı tərk edib və Yaxın Şərqə gedib. Onun İŞİD-in nüfuzlu liderləri ilə yaxın əlaqələri var.

“Əmir İsa ləqəbi ilə tanınan Toxoşaşvili İslam Dövləti üzvləri arasında kifayət qədər nüfuzlu şəxs hesab olunur.

O, Suriyada, İraqda terror fəaliyyətlərində və hazırkı döyüş əməliyyatlarında fəal iştirak edib. Bir müddət münaqişə zonasında terror təşkilatının bölmələrindən birinə rəhbərlik edib”,- Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir.

Bundan əvvəl, 2019-cu ildə keçirilən birgə əməliyyat nəticəsində Toxoşaşvilinin kiçik qardaşı, “İslam Dövləti”nin əmiri Əl-Bara Şişani - Sezar Toxoşavili saxlanılmışdı.

S. Toxosaşvili İnterpol tərəfindən axtarışa verilmişdi. O, 2018-ci ilin yayında Ukraynada həbs edilib və 2020-ci ilin mayında Gürcüstana ekstradisiya edilib.

Tsiskara Toxoşaşviliyə qarşı “Xarici terror təşkilatında və ya xarici dövlətin nəzarətində olan terror təşkilatında birləşmək və ya ona terror fəaliyyətində köməklik göstərmək” maddəsi ilə istintaq aparılır. Onu 17 ilədək həbs cəzası gözləyir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti