İranda etirazçını asdılar

   İranda etirazçını asdılar
  08 Dekabr 2022    Oxunub:563
İranda etirazlarda iştirak edən şəxslərdən biri asılaraq edam edilib.
O, aksiyalarda böyük bir bıçaqla mühafizəçini yaralamaqda və Tehran küçələrini bağlamaqda ittiham edilib.

Məlumata görə, edam edilən şəxsin məhkəmədəki etirazı rədd edilib. Ali məhkəmə məhkumun “Allaha qarşı müharibə etdiyi” səbəbi ilə edamını təstiqləyib.

Qeyd edək ki, İranda davam edən hökumət əleyhinə etirazlar sentyabrın 16-da "Əxlaq" polisi tərəfindən Məhsa Əmininin öldürülməsi ilə başlayıb və hələ də davam edir.

Sima Cəfərova
AzVision.az


Teqlər:





Xəbər lenti