Türk serialında Məhəmməd Füzulidən şeir dedi- VİDEO

   Türk serialında Məhəmməd Füzulidən şeir dedi-    VİDEO
  08 Dekabr 2022    Oxunub:501
Türkiyədə yayımlanan daha bir serialda Azərbaycanla bağlı məqam diqqət çəkib.
AzVision.az xəbər verir ki, söhbət "Çöp adam" serialından gedir. Ekran işinin ikinci bölümündə azərbaycanlı şair Məhəmməd Füzulinin "Məni candan usandırdı" şeirindən misralar səsləndirlib.

Türkiyəli aktyor Salih Kalyonun canlandırdığı "Bülent" obrazı "Məni candan usandırdı, cəfadan yar usanmazmı? Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?" misralarından sonra bunun divan ədəbiyyatlarına aid olduğunu deyib.

Qeyd edək ki, ekran işinin baş rolları Engin Altan Düzyatan və Elçin Sanguya həvalə olunub.



AzVision.az


Teqlər:





Xəbər lenti