Sərhədçilər 40 kq narkotik aşkarladı

Sərhədçilər 40 kq narkotik aşkarladı
  08 Dekabr 2022    Oxunub:581
Dekabr ayının 7-si saat 02:30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Ostahir kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Bu barədə AzVision.az -a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 2 ədəd bağlamada, ümumi çəkisi 39 kiloqram 785 qram narkotik vasitəyə bənzər maddələr (39 kq 490 qram marixuana və 295 qram qablaşdırmada 500 ədəd metadon M-40 psixotrop həbləri) aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti