Erməni uşaqlar Şaxta babadan hərbçi atalarının cəsədlərini istəyirlər - FOTO

  Erməni uşaqlar Şaxta babadan hərbçi atalarının cəsədlərini istəyirlər -    FOTO
  08 Dekabr 2022    Oxunub:1497
Ermənistanın Cermuk bölgəsindən olan Aram adlı 10 yaşlı uşağın Şaxta Babaya yazdığı məktub yerli medianın gündəminə çevrilib.
AzVision.az xəbər verir ki, "Jam" saytı məktubu dərc edərək erməni uşaqlarının artıq Şaxta babadan əvvəlki illərdəki kimi hədiyyə deyil, cəsəd istəməsindən yazıb.

Ordumuz Petrosyanın "16 yaşlı qəhrəman"ını belə məhv edib - TƏFƏRRÜATLAR
Erməni uşaq sentyabrda məhv edilmiş erməni döyüşçü ilə bağlı yazıb:
"Salam əziz Santa. Mən özüm üçün hədiyyə istəmirəm, əvəzində daha vacib və qiymətli bir şey istəyirəm. Atam sentyabrın 14-də Cermukda öldürüldü. Amma atamı hələ də dəfn etməmişik. Anamla nənəmin söhbətini eşitdim və bilirəm ki, atam hələ də Azərbaycanın nəzarətində olan yerdədir. Yalvarıram, əgər bacarırsansa elə et ki, atamı mənə hədiyyə versinlər. Sonra atamı panteona aparaq və mən də ona gül gətirim. Mənə şam ağacı lazım deyil. Heç nə istəmirəm, bircə xahişim var ki, onu da yazdım..."

Xatırladaq ki, Ermənistan silahlı qüvvələri sentyabrın 12-14-də Azərbaycanla sərhəddə təxribatlar törətmişdilər. Təxribatların qarşısını alan qəhrəman Azərbaycan Ordusu düşmənə ağır itkilər verərək bir sıra strateji yüksəklik və postları da ələ keçirib.

Tural Tağıyev

AzVision.az



Teqlər:   Ermənistan   Məktub   Şaxta-Baba  





Xəbər lenti