Putin Avropanın ən "uğursuz", Zelenski isə nüfuzlu şəxsi seçildi

   Putin Avropanın ən  "uğursuz", Zelenski isə  nüfuzlu şəxsi  seçildi
  08 Dekabr 2022    Oxunub:618
“Politico” Avropanın ən nüfuzlu 28 adamının reytinqini dərc edib. AzVision.az xəbər verir ki, birinci yerdə Ukrayna prezidenti Vladimir Zelenskidir.
Rusiya prezidenti Vladimir Putin isə “ilin uğursuzu” adını qazanıb.

"Putin imperialist məqsədləri üçün rusları uzun müharibəyə hazırlayır" - ISW
Məşhur portalın bununla bağlı yeni hesabatında deyilir: "Avropa liderlərinin zeytun və ya yaşıl rəngli geyimdən istifadə edən 44 yaşlı kişi ilə şəkil çəkdirmək üçün Kiyevə necə qaçdıqlarına baxın. Siyasətçilər onun yanında dayanmaq üçün səbirsizlənirlər".

Reytinqdə ümumilikdə 28 siyasətçi yer alıb. Onların arasında İtaliyanın baş naziri Corcia Meloni, Almaniyanın iqtisadiyyat naziri Robert Habek, Finlandiyanın baş naziri Sanna Marin və başqaları var. Nəşr qeyd edib ki, ən uğursuz siyasətçi seçilən Putinin “böyük Rusiya” arzusunun gerçəkləşməsi ehtimalı azdır.

Məqalədə Zelenskinin “Politico” üçün ünvanladığı müraciətinə də yer verilib. Kiyev rəhbəri azadlıqları uğrunda mübarizə aparan Ukrayna vətəndaşlarına, həmçinin Avropada sabitliyi qoruyub saxlamağa kömək edən bütün dostlara təşəkkür edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Putin   Zelenski  





Xəbər lenti