Piyadanı öldürüb qaçan sürücü aeroportda tutulub

Piyadanı öldürüb qaçan sürücü aeroportda tutulub
  08 Dekabr 2022    Oxunub:435
Şəmkirdə ölümlə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınan sürücü saxlanılıb.
DİN-dən AzVision.az -a verilən məlumata görə, noyabrın 17-də saat 9 radələrində Şəmkir rayonunun Çaylı kəndi ərazisində rayon sakini Yalçın Məmmədovun baş və ayaq nahiyəsində xəsarətlər olan meyitinin tapılması barədə polisə məlumat daxil olub.

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla onun “VAZ-2016” markalı avtomobillə vurulması nəticəsində hadisə yerində ölməsi müəyyən olunub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Seyfəli kənd sakini, əvvəllər məhkum olunmuş Vicay İbrahimov polis əməkdaşları tərəfindən Gəncə Beynəlxalq Hava Limanında saxlanılaraq RPŞ-yə gətirilib. Araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti