Səfir: ““France24”ün Araiklə müsahibəsi separatizmi təbliğ edir”

      Səfir:    ““France24”ün Araiklə müsahibəsi separatizmi təbliğ edir”
  08 Dekabr 2022    Oxunub:573
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “France24“ telekanalının qondarma rejimin “rəhbəri” Araik Arutyunyanla müsahibəsinə münasibət bildirib.
AzVision.az xəbər verir ki, səfir “Twitter“də paylaşımında telekanalın bu addımını pisləyib.

Onun sözlərinə görə, dünya tərəfindən tanınmayan qeyri-qanuni qurumun nümayəndəsinin müsahibəsinin “France24“ tərəfindən yayımı separatizmin təbliğinə təkan verir, Azərbaycan dövlətinin suverenliyini və ərazi bütövlüyünü pozur və eyni zamanda, gərginliyi artıraraq sülh səylərinə zərbə vurur.

AzVision.az


Teqlər:





Xəbər lenti