“YAŞAT” 896 şəhid ailəsinin borcunu ödəyib

   “YAŞAT” 896 şəhid ailəsinin borcunu ödəyib
  08 Dekabr 2022    Oxunub:332
“YAŞAT” Fondu tərəfindən istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə 6 772 442.30 AZN vəsait xərclənib.
AzVision.az xəbər verir ki, bu Fondun rəhbəri Elvin Hüseynovun açıqladığı statistik rəqəmlərdə qeyd olunub.

Qeyd edilib ki, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə şəhid ailə üzvlərinin 896, itkin ailə üzvlərinin 3 və yaralıların 1 299 müraciəti olmaqla ümumilikdə 2 198 müraciət təmin edilib.

Bundan əlavə, Fondun təşəbbüsü ilə borc öhdəliyinin qarşılanması üzrə müəssisələr tərəfindən 126 392.73 AZN borc ləğv edilib.

AzVision.az

Teqlər:







Xəbər lenti