Nazirliyin qayığını yandırdı - Cinayət işi açıldı

   Nazirliyin qayığını yandırdı -    Cinayət işi açıldı
  08 Dekabr 2022    Oxunub:327
Bu ilin sentyabrında Mingəçevirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğunda aparılmış istintaq yekunlaşıb.
Bu barədə Mingəçevir şəhər prokurorluğundan AzVision.az -a verilən məlumat verilib.

Müəyyən edilib ki, Mingəçevir şəhər sakini Şaban Məmmədov həmin tarixdə “Kür” çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində qanunsuz balıq ovu etmək məqsədilə balıq torları quraşdırıb. Bu zaman ETSN əməkdaşları Bəhruz Mustafayev və Toğrul Rəhimli xidməti istifadələrində olan qayıqla yaxınlaşaraq ona qanunvericiliyin tələbini izah edib, barəsində inzibati protokol tərtib ediləcəyini nəzərinə çatdırıblar. Ş.Məmmədov qayıqda olan benzin məhlulunu götürüb nazirliyin balansında olan qayığa töküb alışqanla yandırıb. Nəticədə Bəhruz Mustafayev və Toğrul Rəhimli müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

Şaban Məmmədov barəsində Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb, o, həbs edilib. İş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

AzVision.az

Teqlər:







Xəbər lenti