Azərbaycanda zəlzələ olub - YENİLƏNİB

 Azərbaycanda zəlzələ olub -  YENİLƏNİB
  08 Dekabr 2022    Oxunub:2218
Zaqatala stansiyasından 47 km şimalda daha bir zəlzələ olub.
Bu barədə AzVision.az -a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:16-da Zaqatala stansiyasından 47 km şimalda, Rusiya ərazisində zəlzələ baş verib.

Maqnitudası 3,4 olan zəlzələ 24 km dərinlikdə qeydə alınıb.

***

Zəlzələrin tədqiqatı bürosunun məlumatına əsasən Dağıstanda Mahaçkaladan 82 km cənub-cənub qərbdə zəlzələ qeydə alınıb.

Bu barədə AzVision.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, zəlzələ Azərbaycan ərazisində sərhəd rayonlarında 4-3 bala qədər hiss olunub.

Maqnitudası 5,7 olan zəlzələ 5 km dərinlikdə qeydə alınıb.
Gəncə şəhərində və ətraf rayonlarda zəlzələ olub.

AzVision.az xəbər verir ki, yeraltı təkanlar dekabrın 8-də saat 10:42 radələrində qeydə alınıb.

Zəlzələ təxminən 40-45 saniyə davam edib.

AzVision.az


Teqlər:





Xəbər lenti