"Putin imperialist məqsədləri üçün rusları uzun müharibəyə hazırlayır" - ISW

 "Putin imperialist məqsədləri üçün rusları uzun müharibəyə hazırlayır" -  ISW
  08 Dekabr 2022    Oxunub:749
Rusiya prezidenti Vladimir Putin Ukraynadakı işğalçılıq müharibəsinin uzunmüddətli olması üçün şərait yaradır.
AzVision.azxəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

İnstitutun analitikləri hesabatda Putinin Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları Şurası ilə görüşü zamanı səsləndirdiyi "Ukrayna müharibəsi uzun proses ola bilər" fikrini və yeni ərazilərin ələ keçirilməsi Rusiya üçün mühüm nəticədir bəyanatlarını xatırladıb.

"Ukraynada müharibəni Rusiya başlatmayıb" - Putin
Bundan əlavə, analitiklər qeyd ediblər ki, bu görüşdə Putin özünü rus çarı Böyük Pyotrla müqayisə edib və o, Kremlin vaxtilə çarın mübarizə apardığı Azov dənizinə indi nəzarət etdiyini bəyan edib.

"Putinin Rusiya imperiya tarixinə bu istinadı onun Ukraynadakı hazırkı məqsədlərini açıq şəkildə imperialist və hələ də maksimalist olduğunu göstərir. Putin Rusiyanın daxili auditoriyasını Ukraynada uzun sürən, yorucu müharibəyə hazırlayır. Onun məqsədi Ukraynanın yeni ərazilərinin zəbt edilməsidir", - hesabatda yazılıb.

Kreml rəhbərinin imperialist bəyanatları müharibənin uzanmasına əlavə şərait yaradır. Bununla belə, analitiklər Rusiyanın informasiya məkanının bu çağırışları müsbət qəbul etdiyini qeyd ediblər. Hətta Rusiya rəhbərinin açıqlamalarını şərh edən tanınmış rusiyalı bloqçulardan biri Ukraynanı Suriya ilə müqayisə edib. O deyib ki, rus qoşunları uzun müddətdən sonra il dəfədir ki, döyüş meydanlarında qələbə hissini yaşayırlar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   Putin  





Xəbər lenti