“Peru ordusunun komandanı istefa verib”

“Peru ordusunun komandanı istefa verib”
  07 Dekabr 2022    Oxunub:524
Perunun quru qoşunlarının komandanı general Uolter Kordova Aleman istefa verib.
Bu barədə RPP radiostansiyası məlumat yayıb.

Bildirilib ki, U.K.Aleman ölkənin müdafiə naziri Qustavo Bobbioya ünvanladığı məktubda şəxsi səbəblərə görə istefa verdiyini qeyd edib. O, dekabrın 6-da istefa verib.

Radiostansiyanın məlumatına görə, Peru hökumətinin bir sıra nazirləri də Prezident Pedro Kastilyonun parlamenti buraxmaq qərarına etiraz olaraq istefa veriblər. Üstəlik, indiyədək müdafiə, ədliyyə və insan haqları, iqtisadiyyat, mədəniyyət, təhsil nazirləri, həmçinin XİN rəhbəri vəzifələrindən gediblər.

Bundan başqa, Perunun BMT-dəki nümayəndəsi də istefa verib. Hökuməti tərk edən nazirlərin fikrincə, Kastilyonun addımları dövlət çevrilişinə cəhd kimi qiymətləndirilə bilər.


Teqlər:





Xəbər lenti