Pakistanda bazarda yanğın - 300-dən çox mağaza kül oldu

   Pakistanda bazarda yanğın -    300-dən çox mağaza kül oldu
  07 Dekabr 2022    Oxunub:563
Pakistanın paytaxtı İslamabadda, H-9 sektorunda yerləşən İtvar bazarında yanğın baş verib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğında 300-dən çox mağaza yanıb.

“Geo News” televiziyasının məlumatına görə, naməlum səbəbdən çıxan yanğında insan itkisi olmayıb.

Bildirilir ki, bu mağazalarda xalçalar, qış geyimləri və ikinci əl mallar satılırdı.

Yanğının nəzarətə götürüldüyü qeyd olunub.
AzVision.az




Teqlər:





Xəbər lenti