Avropa Komissiyası Rusiyaya pilotsuz vasitələrin ixracını qadağan edib

Avropa Komissiyası Rusiyaya pilotsuz vasitələrin ixracını qadağan edib
  07 Dekabr 2022    Oxunub:507
Rusiyaya ikili təyinatlı pilotsuz vasitələr və onların komponentlərinin ixracı qadağan edilir.
AzVision.az -ın xəbərinə görə, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen məlumat verib.

Diplomat bildirib ki, bu qadağa Rusiyaya qarşı 9-cu sanksiyalar paketində yer alır. Qadağa siyahısına Rusiyanın hərbi sənaye kompleksinin ehtiyacı olan elektronika avadanlığı da daxil edilib.

Avropa liderləri yeni sanksiyalar paketini gələn həftə Brüsseldə müzakirə edəcək.
AzVision.az



Teqlər:





Xəbər lenti