Aİ Belarus müxalifətinə 25 milyon avro ayırıb

Aİ Belarus müxalifətinə 25 milyon avro ayırıb
  07 Dekabr 2022    Oxunub:466
Avropa Komissiyası (AK) Belarusda vətəndaş cəmiyyətinin inkişafı və onun demokratik istəklərini dəstəkləmək üçün 25 milyon avro ayrıldığını elan edib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə AK-nin mətbuat xidməti məlumat yayıb.

“Avropa Komissiyası “EU4Belarus” proqramına 25 milyon avro maliyyə ayrılmasını təsdiqləyib. Proqram vətəndaş cəmiyyətinə, gənclərə, tələbələrə, universitet müəllimlərinə dəstək məqsədi daşıyır”, - sənəddə deyilir.

Proqram Belarusun vətəndaş fəallarına 450 təqaüd verilməsini və 500 fəalın mübadilə yolu ilə Aİ-yə dəvət olunmasını təmin edəcək.
AzVision.az



Teqlər:





Xəbər lenti