Səfərbər olunanlardan yalnız 77 mini döyüşdədir - Putin

   Səfərbər olunanlardan yalnız 77 mini döyüşdədir -    Putin
  07 Dekabr 2022    Oxunub:538
Orduya səfərbər olunan 300 min nəfərdən yalnız 77 mini hazırda birbaşa döyüş bölmələrindədir.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

"Səfərbər edilmiş 300 min döyüşçüdən 150 mini xüsusi hərbi əməliyyat zonasındadır. Onlardan yalnız 77 mini birbaşa döyüş bölgələrindədir. Qalanları isə faktiki olaraq ərazi müdafiə qoşunlarının funksiyalarını yerinə yetirir və ya əməliyyat zonasında əlavə təlim keçir", - deyə Rusiya lideri vurğulayıb.
AzVision.az



Teqlər:





Xəbər lenti