Pərviz Şahbazov OPEC-in baş katibi ilə telefonla danışıb

Pərviz Şahbazov OPEC-in baş katibi ilə telefonla danışıb
  07 Dekabr 2022    Oxunub:503
Azərbaycan energetika naziri Pərviz Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Haysam Əl-Qays ilə telefonla danışıb.
AzVision.az xəbər verir ki, bu barədə o, öz tviter hesabında məlumat verib.

"Bu gün OPEC-in baş katibi Haysam Əl-Qays ilə telefon danışığında qlobal neft bazarının tənzimlənməsinə və OPEC+ formatında əməkdaşlığımıza dair müzakirələr apardıq",- o əlavə edib.
AzVision.az



Teqlər:





Xəbər lenti