Şəmkirdə qətlə yetirilən 33 yaşlı qadın 3 uşaq anası olub - TƏFƏRRÜAT

   Şəmkirdə qətlə yetirilən 33 yaşlı qadın 3 uşaq anası olub -    TƏFƏRRÜAT
  07 Dekabr 2022    Oxunub:608
Şəmkir rayon Könüllü kəndində qətlə yetirilən 33 yaşlı qadın 3 uşaq anası olub.
Könüllü kəndində Seyfəli kənd sakini, 1989-cu il təvəllüdlü Aynurə Elman qızı Orucova aldığı çoxsaylı bıçaq xəsarətlərindən dünyasını dəyişib.

Hadisəni törətməkdə şübhəli bilinən isə onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Mahiyyəddin Nidayət oğlu Atakişiyevdir. O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Cütlüyün 3 övladı var və ailə M.Atakişiyevin ata evində yaşayıb. Hadisə də həmin evdə baş verib.

Hadisənin başvermə səbəbləri tam məlum deyil.(report)


Teqlər:





Xəbər lenti