“Azərbaycanla sülh müqaviləsi ilin sonuna qədər imzalanmayacaq” - Mirzoyan

   “Azərbaycanla sülh müqaviləsi ilin sonuna qədər imzalanmayacaq” -    Mirzoyan
  07 Dekabr 2022    Oxunub:711
“Azərbaycanla sülh müqaviləsi ilin sonuna qədər imzalanmayacaq”.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

O qeyd edib ki, 2022-ci ilin sonuna kimi Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçiriləcək, lakin görüşün dəqiq günü bəlli deyil.

Nazir vurğulayıb ki, gələcəkdə imzalanacaq sülh sazişi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına tövhə verəcək.

“Biz Azərbaycan tərəfindən təkliflər almışıq və bunun üzərində dəyərləndirmələr edəcəyik”, - deyə Mirzoyan bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti