“Time” jurnalı Zelenskini “İlin adamı” seçdi

   “Time” jurnalı Zelenskini “İlin adamı” seçdi
  07 Dekabr 2022    Oxunub:916
ABŞ-da nəşr olunan Time jurnalı Ukrayna prezidenti Vladimir Zelenskini ilin adamı elan edib.
Jurnal qərarla bağlı Twitter-də açıqlama yayıb. Bildirilib ki, Zelenski dünyanı onilliklər ərzində görmədiyimiz şəkildə hərəkətə gətirib.

"Fevralın 24-də Rusiya bombalarının düşməyə başlamasından bir neçə həftə sonra Kiyevdən qaçmamaq və dəstək toplamaq qərarı çox vacib idi.

25 fevralda kabinetinin yerində olduğunu göstərən ilk 40 saniyəlik Instagram postundan, uzaq çıxışlarından tutmuş parlamentlərə, Oskar mərasimlərinə, Qremmi mükafatlarına kimi hər yerdə idi... O, dünyanı bürüyən bir hərəkət dalğasına başladı”,- jurnal qeyd edib.

xatırladaq ki, ötən il jurnal məşhur milyarder İlon Maskı ilin adamı seçmişdi.



Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti