Ermənistan və Azərbaycan XİN rəhbərləri ilin sonuna kimi görüşəcək - Mirzoyan

   Ermənistan və Azərbaycan XİN rəhbərləri ilin sonuna kimi görüşəcək -    Mirzoyan
  07 Dekabr 2022    Oxunub:559
"İlin sonuna kimi Ermənistan və Azərbaycan XİN rəhbərlərinin daha bir görüşünün keçirilməsi barədə razılıq var". Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
O əlavə edib ki, görüşün vaxtı hələ müəyyən edilməyib, lakin bu ilin sonuna qədər baş tuta bilər.

"Qarşılıqlı olaraq qəbuledilməz məsələlər var. Ancaq elə şeylər də var ki, tərəflər onların üzərində qarşılıqlı irəliyə doğru addım atmağa hazırdırlar.

Razılaşmanın yekun variantının ilin sonuna qədər əldə oluna biləcəyi ehtimalı azdır, ona görə də danışıqlar gələn il davam etdiriləcək", -Mirzoyan əlavə edib.

Onun sözlərinə görə, sülh müqaviləsi ilə bağlı danışıqlar davam edir.

"İrəvan bu yaxınlarda Azərbaycan tərəfdən daha bir təklif alıb və tezliklə öz təklifi ilə çıxış edəcək. Təəssüf ki, bir çox məsələlərdə İrəvan və Bakının yanaşmaları hələ də çox fərqlidir, lakin onlar tərəflərin mövqelərini birləşdirmək üçün danışıqlar aparırlar".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti