"Baş nazirlərin müavinləri dəmir yolu ilə bağlı nəticə əldə etməyiblər" - Paşinyan

   "Baş nazirlərin müavinləri dəmir yolu ilə bağlı nəticə əldə etməyiblər" -    Paşinyan
  07 Dekabr 2022    Oxunub:557
"Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinləri dekabrın 6-da Moskvada keçirilən görüşdə dəmir yolunun açılması məsələsində konkret nəticə əldə etməyiblər". AzVision.az xəbər verir ki, bunu çərşənbə günü parlamentdə hökumət saatında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Dünən Yeraşx-Ordubad-Meğri-Horadiz dəmir yolunun fəaliyyətinin bərpası məsələsi müzakirə olunub. Təəssüf ki, konkret nəticəmiz olduğunu deyə bilmərik, lakin mən təsdiq edirəm ki, Ermənistan bu planın həyata keçirilməsində maraqlıdır, biz dəmir yolunun bərpasına dünəndən başlamağa hazırıq”,-Paşinyan qeyd edib və əlavə edib ki, dəmir yolları Ermənistan qanunvericiliyi çərçivəsində işləməlidir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti