Şəmkirdə ər 33 yaşlı arvadını öldürdü

   Şəmkirdə ər  33 yaşlı arvadını öldürdü
  07 Dekabr 2022    Oxunub:534
Şəmkir rayonunda qətl törədilib.
AzVision.az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, rayonun Könüllü kəndində 1989-cu il təvəllüdlü Aynurə Orucovanın öldürülməsi barədə məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1983-cü il təvəllüdlü Mahiyyəddin Atakişiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Aynurə Orucovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Ətraflı

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Mahiyyəddin Atakişiyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Hazırda iş üzrə istintaq davam edir.

AzVision.az


Teqlər:





Xəbər lenti