"İran Rusiyaya yüzlərlə yeni PUA və ballistik raket verəcək" - DPA

   "İran Rusiyaya yüzlərlə yeni PUA və ballistik raket verəcək" -    DPA
  07 Dekabr 2022    Oxunub:592
Rusiya Silahlı Qüvvələrə yüzlərlə kamikadze Pilotsuz Uçuş Aparatı (PUA) və ballistik raketlərin verilməsi üçün İranla danışıqlar aparır.
AzVision.az xəbər verir ki, bu barədə DPA BMT-dəki diplomatlara istinadən məlumat yayıb. Qeyd edilir ki, Tehran Moskvaya silah tədarükünü artırmağı planlaşdırır.

Rusiya hərbi məhsullarla bağlı yaranmış ciddi çatışmazlığı aradan qaldırmağa çalışır. Diplomatik mənbə isə qeyd edib ki, “Məncə, onlar (PUA və raketlər – red.) hələ göndərilməyiblər. Lakin bu silahlar dəqiq “siyahı”dadırlar”, - mənbə əlavə edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: PUA   Rusiya   İran  





Xəbər lenti