Reper yəhudilərdən Hitleri bağışlamalarını xahiş etdi

Reper yəhudilərdən Hitleri bağışlamalarını xahiş etdi
  07 Dekabr 2022    Oxunub:515
Reper Kanye Uest yəhudi xalqını Almaniyanın nasist lideri Adolf Hitleri bağışlamağa çağırıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, musiqiçi və dizayner yəhudilərin ona kimi sevib, kimi sevməməyi deyə bilməcəyini qeyd edib.
“Sən öz ağrını hər kəsə yükləyə bilməzsən. Yəhudi xalqı, bu gün Hitleri bağışlayın!”

Kanye Uest hesab edir ki, yəhudilərin guya Hitlerin “ölkədən sürgün edilməsindən inciməsi" diktatorun reputasiyasını korlayıb.

Repçi mediaya, daşınmaz əmlaka, ticarətə və banklara nəzarət edənlərin yəhudilər olduğunu israrla bildirir və onları “xristianlar üçün işləməyə” çağırır. Uest ABŞ-da prezident seçkilərində qələbəsini xəyal edərək, bildirib ki, bir yəhudinin casus olmadığını bilsə və telefonuna baxsa, onu bir saniyədə işə götürər.

Daha əvvəl reper Akon da "Twitter"də antisemit bəyanatlar erən Kanye Uesti dəstəkləmişdi.


Teqlər:





Xəbər lenti