Avropada 394 milyon nəfər xəstəliklərlə yaşayır

   Avropada 394 milyon nəfər xəstəliklərlə yaşayır
  07 Dekabr 2022    Oxunub:478
“Avropa regionunda 394 milyon nəfər xəstəliklərlə yaşayır”.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun dərc etdiyi məruzədə göstərilir. Qeyd olunub ki, onların əksəriyyəti zəruri dəstək ala bilmir və nəticədə ÜST-nin Avropa bürosuna daxil olan ölkələrin əhalisi hər il ümumilikdə 49 milyon il sağlam ömür itirir.

Xatırladaq ki, reabilitasiya xidmətlərinə tələbatın artmasına səbəb olan ən çox yayılmış xəstəliklərin və travmaların siyahısına bel ağrısı, sınıqlar, eşitmə və görmə qabiliyyətinin itirilməsi, eləcə də insult və demensiya aiddir.

AzVision.az


Teqlər:





Xəbər lenti