Moskva və Ankara Suriya üzrə siyasi məsləhətləşmələr aparacaq

   Moskva və Ankara Suriya üzrə siyasi məsləhətləşmələr aparacaq
  07 Dekabr 2022    Oxunub:471
Dekabrın 8-9-da İstanbulda Türkiyə və Rusiya arasında Suriya və digər mövzularda siyasi məsləhətləşmələr keçiriləcək.
Bu barədə AzVision.az Türkiyə Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, nümayəndə heyətlərinə Türkiyə və Rusiya xarici işlər nazirlərinin müavinləri - Sedat Enal və Sergey Verşinin rəhbərlik edəcək.

Məsləhətləşmələr zamanı taxıl sazişinin həyata keçirilməsi, eləcə də regional problemlərin - Suriya, Liviya və Fələstin məsələlərinin müzakirəsi planlaşdırılır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti