Ordumuzun Kəlbəcər istiqamətindəki mövqeyi atəşə tutulub

 Ordumuzun Kəlbəcər istiqamətindəki mövqeyi atəşə tutulub
  07 Dekabr 2022    Oxunub:421
Dekabrın 7-si saat 12:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Ağqaya yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyi atəşə tutulub.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti