150 il əvvəl çəkilmiş şəkil erməni barbarlığına qarşı – FOTOLAR

   150 il əvvəl çəkilmiş şəkil erməni barbarlığına qarşı –    FOTOLAR
  07 Dekabr 2022    Oxunub:4482
Şuşanın Çuxur məhəlləsindəki bu mülk 1849-cu ildə tacir Qulu Məhəmmədəli oğlunun sifarişilə inşa olunub. İşğal dövründə erməni barbarlığına məruz qalmış mülk, daha doğrusu, onun qalıqları hazırda bu vəziyyətdədir.

1992-ci ildə şəhərə müxtəlif istiqamətlərdən təşkil olunan hücum zamanı ermənilər Xankəndi tərəfdən açdıqları top atəşi nəticəsində Hacı Qulular mülkünun divarları uçmuş, tikili böyük zədələr almışdı.



"Hacı Qulu sarayı" kimi tanınan tarixi abidənin vaxtilə 46 otağı olub. Onların şəbəkəli interyerlərindən biri rəssam Vasili Vereşaqinin 1865-ci ildə çəkdiyi litoqrafiyada əksini tapıb. Bu əsərin qeyri-adi görkəmə malik tikilinin interyerinin bərpasınada böyük rol oynayacağını güman etmək olar...


Hans Kloss
Xüsusi olaraq AzVision.az üçün



Teqlər: Şuşa   erməni-barbarlığı  





Xəbər lenti