"O, həyatımda olmasa, mən də yalan olaram"

   "O, həyatımda olmasa, mən də yalan olaram"
  07 Dekabr 2022    Oxunub:301
Stilist Rəşad Əliyev Xalq artisti Zeynəb Xanlarovanın yeni fotosunu paylaşıb.
O, fotoya "İnsan sevdiklərini vəsf edə bilmir: ancaq dünən, bugün və sabah da tarixin əfsanəsini necə vəsf etməyim? SSR-i Xalq artisti, dünya şöhrətli, dünyanın Zeynəbi. Dünya da Zeynəbi çox sevir, bu, gerçəkdir. Uşaqlığımı onunla xatırlayıram. Gəncliyimin, bugünümün yeganə real varlığıdır.

Düşünürəm ki, o, həyatımda olmasa, mən də yalan olaram. Allah sizə can sağlığı versin. Uzun müddətdən sonra canlı əfsanə Zeynəb Xanlarovanın yeni rəsmi", - şərhini yazıb.


AzVision.az

Teqlər:







Xəbər lenti