Komitəyə məişət zorakılığı ilə bağlı nə qədər müraciət daxil olub?

Komitəyə məişət zorakılığı ilə bağlı nə qədər müraciət daxil olub?
  07 Dekabr 2022    Oxunub:536
"Bu ilin 11 ayında məişət zorakılığı ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 435 müraciət daxil olub".
Bunu Dövlət Komitəsinin sədri Bahar Muradova “Məişət zorakılığından zərər çəkmiş həssas qrupdan olan şəxslərin müdafiəsi” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ötən illərlə müqayisədə müraciətlərin sayında artım var: "Ona görə də düşünürəm ki, məişət zorakılığına məruz qalanlar üçün dəstək proqramlarının hazırlanmasına ehtiyac var. Ötən il Dövlət Komitəsi Sosial Xidmətlər Agentliyi ilə birgə sosial xidmət müəssisələrində monitorinq aparıb və bir sıra boşluqlar aşkarlanıb".

AzVision.az



Teqlər:





Xəbər lenti