Berlin "Patriot"ları Kiyevə verməkdən imtina etdi - Polşada yerləşdiriləcək

Berlin "Patriot"ları Kiyevə verməkdən imtina etdi -    Polşada yerləşdiriləcək
  06 Dekabr 2022    Oxunub:386
Almaniya Varşavaya vəd etdiyi “Patriot” hava hücumundan müdafiə sistemlərini Ukraynaya verməkdən imtina edib.
Blaşak Twitter-də paylaşım edərək yazıb ki, o, Almaniyanın müdafiə naziri Kristin Lambrextlə söhbət edib. Onun sözlərinə görə, Berlinin bu sistemləri Ukraynaya verməkdən imtina etməsi Blaşakı məyus edib.

"Patriotun Ukraynanın qərbində yerləşdirilməsi polyakların və ukraynalıların təhlükəsizliyini artıracaq", - Blaşçak yazıb.

Müdafiə naziri fikirlərinə onu da əlavə edib ki, ölkəsi Almaniya ilə birlikdə Polşada “Patriot” sistemlərinin yerləşdirilməsi və onların Polşa komandanlıq sisteminə qoşulması üzrə tədbirlərə başlayır.

Tural Tağıyev
AzVision.az

Teqlər: Polşa  







Xəbər lenti