Repressiv qüvvələr iranlı gənci öldürüb gizli basdırdılar - FOTO

   Repressiv qüvvələr iranlı gənci öldürüb gizli basdırdılar -    FOTO
  06 Dekabr 2022    Oxunub:480
İranda daha bir gənc müəmmalı şəkildə ölüb. “Azad İran” “Telegram” kanalının yaydığı məlumata görə, İze şəhər sakini 22 yaşlı Hamed Sələhşur repressiv qüvvələrin işgəncələri nəticəsində həyatını itirib.
Qeyd edilir ki, hətta onun meyiti bir neçə gün öncə həmin qüvvələr tərəfindən ailəsinin iştirakı olmadan ucqar bir yerdə basdırılıb.

Hadisədən sonra Hamedin yaxınları onun işgəncə izləri olan kəfənsiz cəsədini repressiv qüvvələr tərəfindən dəfn olunduğu yerdən çıxararaq ailə qəbiristanlığına aparıblar.

AzVision.az

Teqlər: İran  







Xəbər lenti