Raquf Orucovun xanımı Vəkillər Kollegiyasının üzvü seçildi

   Raquf Orucovun xanımı Vəkillər Kollegiyasının üzvü seçildi
  06 Dekabr 2022    Oxunub:484
Aprel döyüşləri şəhidi, “Murov qartalı” adı ilə tanınan polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova Vəkillər Kollegiyasının Rəyasət Heyətinə üzv seçilib.
AzVision.az xəbər verir ki, bu barədə S.Orucova öz səhifəsində məlumat paylaşıb.

"Bu gün Vəkillər Kollegiyasının növbəti 5 illik konfransı keçirildi. Konfransda yekdilliklə konfrans nümayəndələri tərəfindən Anar Bağırov yenidən sədr vəzifəsinə seçildi. Anar müəllimin təklifi və həmkarların səsverməsi ilə mən də Vəkillər Kollegiyasının Rəyasət Heyətinə üzv seçildim. Məni və fəaliyyətimi daima dəstəkləyən hörmətli sədrimiz Anar müəllimə, həmkar dostlarıma dərin təşəkkürümü bildirirəm. Ümidləri doğrultmağa çalışacam".

AzVision.az

Teqlər:







Xəbər lenti