"Azərbaycana qarşı təxribatda bir ordu, bir güc, bir yumruq ola bilirik" - Hulusi Akar

   "Azərbaycana qarşı təxribatda bir ordu, bir güc, bir yumruq ola bilirik" -    Hulusi Akar
  06 Dekabr 2022    Oxunub:288
Avropa Birliyi başda olmaqla törədilən qətlimalara illərlə passivlik və susqunluq nümayiş etdirən bir neçə şəxs və beynəlxalq təşkilatlar Azərbaycanın qələbəsindən dərhal sonra Ermənistanı qorumaq motivi ilə regiona müxtəlif ünsürlər və nümayəndə heyətləri göndərməyə başlayıb. Lakin heç kim unutmamalıdır ki, Türkiyə hər zaman əziz Azərbaycanın yanındadır.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

""İki dövlət, bir millət” anlayışına malik olduğumuz Azərbaycanla bir ordu, bir güc, lazım olanda bir yumruq ola bilirik. Türkiyə və Azərbaycana qarşı təxribatın haradan və kimdən gəlməsindən asılı olmayaraq bunun hər iki dövlətə yönəldiyini qəbul edirik. Dostumuzu bir yerdə dost, düşmənimizi isə düşmən görürük. Buna heç kimin şübhəsi olmasın. Hər kəs bilməlidir ki, regionda artıq münaqişə, kin və nifrət üzərində qurulmuş gələcək yox, qarşılıqlı inkişaf, beynəlxalq hüquqa hörmət və dostluq münasibətləri üzərində qurulmuş gələcək lazımdır.

Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bölgədə sülh, əmin-amanlıq və sabitlik üçün böyük səylər göstərildiyini qeyd edən Akar bildirib ki, liderlərin davamlı sülh və əmin-amanlıq üçün bu addımları hər kəs tərəfindən dəstəklənməlidir. "Ən səmimi arzumuz budur ki, Ermənistan Türkiyə və Azərbaycanın sülhlə uzaddığı əli tutsun. Ona görə də biz Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olması üçün səmimi səyləri dəstəkləyirik".

Aytən Zəhra
AzVision.az

Teqlər:







Xəbər lenti